Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Ermənistan müxalifəti bu gün də aksiya keçirir - Yenilənib

Baxılıb: 207     Tarix: 05-05-2022 11:13   

Ermənistanın paytaxtı İrəvanda ölkənin Baş naziri Nikol Paşinyana qarşı növbəti etiraz aksiyası keçirilir.
Qanunvehedef.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müxalifət nümayəndələri İrəvanda yenidən bir neçə küçəni bağlayıb.
Aksiya iştirakçıları vətəndaşları onlara qoşulmağa çağırıb. Hələ ki saxlanılanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, Ermənistanda aprelin sonundan etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Müxalifət nümayəndələri aksiyalar zamanı İrəvanda küçələri və vilayətlərdə avtomobil yollarını bağlayırlar.
***
Polis yolun hərəkət hissəsi ilə “Fransa” meydanından Abovyan küçəsinə tərəf gedən aksiya iştirakçılarını saxlamağa başlayıb. Aksiya iştirakçıları “Nikolsuz Ermənistan” şüarı səsləndirib. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar