Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şri-Lanka Prezidenti qardaşının istefasını qəbul etdi

Baxılıb: 206     Tarix: 10-05-2022 10:46   

Şri-Lanka Prezidenti Qotabaya Racapaksa qardaşı Mahinda Racapaksanın ölkənin Baş naziri vəzifəsindən istefasını qəbul edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Daily Mirror” nəşri yayıb.
Bildirilir ki, Mahinda Racapaksa ölkədə siyasi böhranla bağlı baş verən etiraz aksiyaları fonunda istefa verib.
Sözügedən bu siyasi qeyri-sabitlik isə ölkədə son zamanlar yaşanan iqtisadi böhrandan sonra olub. Belə ki, koronavirus pandemiyası səbəbindən turist axınının məhdudlaşdırılması nəticəsində Şri-Lankada xarici valyuta azalıb. Bunun da nəticəsi olaraq, ölkə kifayət qədər yanacaq ala bilmir. Həmçinin burada ərzaq və ilkin zəruri məhsulların, yanacaq və qaz çatışmazlığı müşahidə edilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar