Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Lap Marsa birləşdirmək istəsinlər, Ukrayna Xersonu azad edəcək" - Rəsmi Kiyev

Baxılıb: 422     Tarix: 11-05-2022 15:47   

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun fikirləri, həmçinin ölkənin Xerson vilayətindəki işğalçıların çağırışlarına cavab verib.
“Report” xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi tviterdə yazıb:
“Xerson vilayətinin “qaulayter”lərinin hazırlaya biləcəyi yeganə müraciət məhkəmə hökmündən sonra əfv diləməkdir. İşğalçılar lap Marsa, lap Yupiterə birləşmək istəsinlər. İstilaçıların hansı söz oyunu oynamasına baxmayaraq, Ukrayna Ordusu Xersonu azad edəcək”.
Xatırladaq ki, Xerson vilayətinin işğalından sonra işğalçı qüvvələr tərəfindən regiona təyin edilən rəhbərlər vilayətin Rusiyaya birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəklərini açıqlayıblar. Eyni zamanda bu məsələni Kremlin sözçüsü Dmitri Peskov da şərh edib: "Sözsüz ki, belə bir müraciətin olub-olmamasına Xerson vilayətinin sakinləri qərar verməlidirlər. Xerson vilayətinin sakinləri öz talelərini müəyyən etməlidirlər. Təbii ki, bu, aydın və diqqətlə yoxlanılmalı və hüquqşünaslar, hüquq ekspertləri tərəfindən qiymətləndirilməli məsələdir. Çünki, bu cür taleyüklü qərarlar Krımda olduğu kimi, tamamilə aydın hüquqi bazaya, əsaslandırmaya malik olmalı, tamamilə qanuni olmalıdır”.
Qeyd edək ki, Mixaylo Podolyakın istifadə etdiyi “qaulayter” ifadəsi nasist Almaniyası dövrünə aiddir. Nasist partiyasının ölkənin regionları üzrə ali nümayəndəsinə qaulayter deyilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar