Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Paşinyanın istefası tələbi ilə yenidən avtoyürüş keçirilir

Baxılıb: 494     Tarix: 12-05-2022 14:14   

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən avtoyürüş keçirilir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” yazıb.
Məlumata görə, müxalifət nümayəndələrinin keçirdiyi aksiya paytaxtın kənar ərazilərindən başlayıb. Sürücülər hazırda az sürətlə İrəvanın mərkəzinə doğru hərəkət edirlər.
Qeyd edək ki, analoji aksiya dünən də keçirilib. Nəticədə şəhərdə uzun tıxaclar yaranıb. Ermənistan müxalifəti bu gün də İrəvanın mərkəzində mitinq keçirməyi planlaşdırır. Dünənki aksiya zamanı etirazçılar İrəvan meriyasının binasına girişi bağlamışdılar.
Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar