Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Latviya parlamenti Sovet abidəsinin sökülməsinə icazə verdi

Baxılıb: 653     Tarix: 12-05-2022 16:57   

Latviya parlamenti Sovet ordusunun əsgərlərinin xatirəsinə ucaldılmış abidənin sökülməsinə icazə verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Delfi” yayıb.
Məlumata görə, ölkə parlamenti Latviya-Rusiya arasında sazişin memorial tikililərin mühafizəsini təmin edən 13-cü maddəni ləğv edən qanun layihəsinə səs verib. Bununla da, abidənin sökülməsi üçün hüquqi maneə aradan qaldırılıb. Lakin abidənin sökülməsi barədə qərarı Riqa Şəhər Duması verə bilər.
Parlamentin 68 deputatı qanun layihəsinin lehinə, 20-si isə əleyhinə səs verib.
Qeyd edək ki, Sovet ordusunun əsgərləri - Sovet Latviyasını və Riqanı faşist işğalçılarından azad edənlərin xatirəsinə ucaldılan abidənin açılışı 1985-ci ildə baş tutub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar