Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tacikistanda antiterror əməliyyatı keçirilir

Baxılıb: 434     Tarix: 18-05-2022 10:02   

Tacikistanın hüquq-mühafizə orqanları ölkənin şərqində antiterror əməliyyatına başlayıb.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, əməliyyat Dağlıq Bədəxşan Muxtar Vilayəti ilə Çini birləşdirən Düşənbə-Kulma avtomobil yolunu bağlayan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı həyata keçirilir.
Məlumata görə, ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları qruplaşma üzvlərindən silahı yerə qoymağı tələb etsə də, qarşı tərəf polisə silahlı müqavimət göstərib. Bu səbəbdən də, qruplaşmaya qarşı antiterror əməliyyatına başlanılıb.
Xatırladaq ki, mayın 16-sı Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi olan Xoroq şəhərində mütəşəkkil cinayətkar dəstənin başçısı Mamadbokir Mamadbokirov və onun tərəfdarları şəhərdə qanunsuz mitinq təşkil edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar