Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bayden Ukraynaya 40 milyard dollarlıq yardım paketini imzaladı

Baxılıb: 284     Tarix: 21-05-2022 16:20   

ABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollar yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Qeyd olunur ki, müvafiq qanun layihəsini Bayden bu gün, mayın 21-də imzalayıb.
Xatırladaq ki, mayın 19-da ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq təcili hərbi və humanitar yardım paketini təsdiqləyib.
Paket səs çoxluğu ilə bəyənilib və imzalanması üçün ABŞ prezidentinə göndərilib.
Co Biden aprelin 28-də Ukraynaya 33 milyard dollar, o cümlədən 20 milyard dollardan çox hərbi yardım istəyib.
Sonra ABŞ Nümayəndələr Palatası bu məbləği təxminən 40 milyard dollara çatdırıb. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}