Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rusiyanın dronları qurtarmaq üzrədir, sonra vəziyyət pisləşəcək - Kəşfiyyat

Baxılıb: 562     Tarix: 22-05-2022 20:26   

Rusiya Ukraynada pilotsuz təyyarələrdən istifadə ilə bağlı "Suriya konsepsiyası"nı tətbiq etməyə çalışır. Məhz buna görə də, Ukrayna ərazisi üzərindən döyüş təyyarələri göndərməkdən qorxur.
Bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, PUA-lar hər iki tərəf üçün əsas rol oynayır. Amma dronların itkiləri yüksəkdir. Onlar vurulma və elektron müdaxilələrə qarşı həssasdır.
Rusiya Suriyada hazırladığı "kəşfiyyat zərbəsi" konsepsiyasını həyata keçirməyə çalışır. Orada döyüş təyyarələri və ya artilleriya tərəfindən vurulmalı olan hədəfləri müəyyən etmək üçün kəşfiyyat PUA-larından istifadə olunur.
Bununla belə, kəşfiyyatçıların fikrincə, Rusiya Federasiyasında bu tapşırıq üçün kəşfiyyat PUA-larının çatışmazlığı yarana bilər. Sanksiyalar nəticəsində onun istehsal gücünə qoyulan məhdudiyyətlər vəziyyəti daha da gərginləşdirir.
Kəşfiyyatçıların fikrincə, Rusiya pilotsuz aparatlarını indiki sürətlə itirməkdə davam edərsə, Rusiya ordusunun kəşfiyyat imkanları daha da pisləşəcək. Bu isə, əməliyyat səmərəliliyinə mənfi təsir göstərəcək.
Onlar həmçinin əlavə ediblər ki, Rusiya ekipajlı təyyarələri Ukrayna hava hücumundan müdafiə sistemlərinin təhlükəsi səbəbindən Ukrayna ərazisi üzərində uçuşlardan böyük dərəcədə yayınmağa davam edir.
Ötən gün Ukrayna Silahlı Qüvvələri Rusiyanın üç PUA-sını, bir helikopterini və bir qanadlı raketini məhv edib. Bu barədə Hərbi Hava Qüvvələri Komandanlığı bildirib.
Ukrayna tərəfi də kəşfiyyat dronlaırn istifadə edir. Amma bununla yanaşı son vaxtlar Ukrayna Türkiyənin "Bayraktar" zərbə dronlarını həm də kəşfiyyat məqsədilə istifadə etməkdədir. Bu dronlar radarlardan tahatlıqla yayına bilir deyə, az itki verir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar