Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rusiyalı hərbçilər “Azovstal”da 152 ukraynalının cəsədini aşkar edib

Baxılıb: 548     Tarix: 31-05-2022 16:07   

Rusiyalı hərbçilər Mariupoldakı “Azovstal” zavodunun zirzəmisində içərisində 152 ukraynalı hərbçinin cəsədi olan furqon aşkar edib.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, rusiyalı hərbçilər furqona baxış keçirərkən cəsədlərin altında yerləşdirilən 4 mina aşkar edib.
Konaşenkov qeyd edib ki, “Azov” alayının əsir götürülən döyüşçüləri dindirilmə zamanı bildiriblər ki, sözügedən minalar Kiyevin birbaşa göstərişi əsasında yerləşdirilib.
General-mayor, həmçinin söyləyib ki, bu təxribatın məqsədi Rusiyanı ukraynalı hərbçilərin cəsədlərini bilərəkdən məhv etməkdə təqsirləndirmək olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}