Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Boris Consonla bağlı etimad səsverməsi keçiriləcək

Baxılıb: 488     Tarix: 06-06-2022 13:45   

Bu gün Böyük Britaniyanın Baş naziri Boris Consonla bağlı etimad səsverməsi keçiriləcək.
Qanunvehedef.az “BBC”yə istinadən xəbər verir ki, Britaniya parlamentinin “Mühafizəkarlar” partiyasının 50-dən çox deputatı bununla bağlı təklif irəli sürüb.
Gizli səsvermə Bakı vaxtı ilə 18:00-dan 20:00-a qədər baş tutacaq.
Consona qarşı votum qəbul edilərsə o, öz vəzifəsindən getməli olacaq. Lakin bunun üçün “Mühafizəkarlar” partiyasının azı 180 deputatı votumu dəstəkləməlidir. Əgər lazımi miqdarda səs toplanmazsa, Conson istefa verməkdən 12 aylıq immunitet qazanacaq.
Qeyd edək ki, etimad səsverməsinin keçirilməsinə səbəb 2020-2021-ci illərdə karantin zamanı Dauninq-stritdə Boris Consonun iştirakı ilə şənliklərin keçirilməsi olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar