“Rusiya və Türkiyə taxıl ilə bağlı razılığa gələ bilər” - Lavrov
Baxılıb: 452 Tarix: 06-06-2022 16:18
“Ankara limanlarda suyu minadan təmizləməyə kömək etməyə hazırdırsa, rusiyalı və türkiyəli hərbçilər Ukrayna taxılının çıxarılmasına dair razılığa gələ bilər”.
Qanunvehedef.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Türkiyəli həmkarlarımız minadan təmizləmə ilə bağlı kömək etməyə hazır olduqlarını deyiblər. Düşünürəm ki, hərbçilərimiz bunu necə daha yaxşı təşkil etməklə bağlı razılığa gələcəklər”, - deyə Lavrov söyləyib.
Xatırladaq ki, Rusiya mediası yazır ki, Ukrayna, Rusiya və Türkiyə Odessadan taxıl yüklü ukraynalı gəmilərin çıxarılması ilə bağlı ilkin sxemi razılaşdırıblar. Məlumata görə, Ukraynanın ərazi sularında minatəmizləmə ilə Türkiyə hərbçiləri məşğul olacaq. Bununla yanaşı, türkiyəli hərbçilər gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Burada onları Rusiya gəmiləri qarşılayaraq İstanbul boğazına qədər müşayiət edəcəklər.
Ən çox oxunanlar
Son xəbərlər