Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mariupolda vəba təhlükəsi - 10 minlərlə insan ölə bilər

Baxılıb: 503     Tarix: 07-06-2022 10:05   

“Rusiya tərəfindən ələ keçirilən Mariupoldan əhalinin tam olaraq təxliyəsi təşkil edilməzsə, on minlərlə insanın vəba epidemiyasından ölməsi təhlükəsi var”.
Qanunvehedef.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Mariupol Şəhərinin Şurası açıqlayıb.
Məlumata görə, dağıdılmış şəhərdə hazırda mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya işləmir, küçələr tullantı və natəmizliklə doludur, dağıntılar altında qalan cəsədlər isə havanın isti olması səbəbindən daha sürətlə çürüməyə başlayıb.
Bildirilir ki, şəhərdə dərman çatışmır, xəstəxanalar dağıdılıb.
Şəhər Şurası bütün bu cəhətləri nəzərə alaraq, şəhərdə vəba epidemiyasının yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Məmurlar belə hesab edir ki, humanitar dəhlizlərin yaradılması və əhalinin tam olaraq təxliyəsi ilə bağlı beynəlxalq missiya ilə şəhəri xilas etmək olar.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar