Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rusiya, Türkiyə və Ukrayna heyətləri taxılla bağlı görüşəcək

Baxılıb: 599     Tarix: 07-06-2022 16:26   

 Bu həftə İstanbulda Ukrayna limanlarında qalan taxıl məsələsi ilə bağlı Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətləri arasında görüşün keçirilməsi planlaşdırılır.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “TRT Haber” telekanalı yayıb.
“Hökumətdə olan bir mənbənin verdiyi məlumata görə, bu həftə nümayəndə heyətlərinin görüşü keçirilə bilər. Həmçinin qeyd olunub ki, Türkiyə və Ukrayna danışıqlara hazırdır. Bildirilir ki, Rusiyanın cavabından sonra dördtərəfli görüş dəqiqləşdiriləcək”, - deyə məlumatda qeyd olunub.
Mənbələr bildirib ki, BMT tərəfindən hazırlanan yol xəritəsi mexanizminin 80-90%-i hazırdır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}