Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ukraynalı polkovnik “Kadırov ordusunu” ifşa edib – “Onlar ordunun arxasınca gediblər”

Baxılıb: 512     Tarix: 14-06-2022 12:29   

Bu yaxınlarda Ukraynada müharibədə kadırovçuların komandiri məhv edildi. Amma buna baxmayaraq, onlar özlərinin hərbi «uğurların» ilə öyünürlər. Ona görə də Ukrayna Silahlı qüvvələrinin polkovniki, bloger Anatoli Ştefan («Ştirlits») «Obozrevatel»ə müsahibəsində kadırovçuların Ukraynadakı uğurlarının nə qədər gerçək olduğunu qiymətləndirib.

«Mən deyə bilərəm ki, kadırovçular döyüşçü deyillər. Onlar yalnız videolar çəkirlər. Onlar ordunun qabağınca getmirlər - onlar həmişə könüllülərin bölmələrinin və nizami ordu bölmələrinin arxasınca hərəkət edirlər» - o, qeyd edib.
Polkovnikin sözlərinə görə, kadırovçular Kiyev ətrafında ərazi müdafiəçilərindən yaxşı zərbə alıblar. Onlar isə paytaxtı ələ keçirməyi planlaşdırmışdılar.

«Artıq indinin özündə digər istiqamətlərdə də onlar ikinci, üçüncü xəttdə gedirlər» - Ştefan əlavə edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar