Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müxalifət günlər sonra İrəvanın mərkəzindən çadırları yığışdırdı

Baxılıb: 457     Tarix: 16-06-2022 09:53   

Ermənistanın müxalif “Müqavimət” hərəkatının iştirakçıları İrəvanda “Fransa” meydanında 40 gündən çoxdur quraşdırdıqları çadırları söküblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Bununla belə, hərəkat iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyana qarşı başqa etiraz aksiyaları keçirəcəklərini bildiriblər.
Hərəkatın koordinatoru İşxan Saqatelyan daha əvvəl siyasi mübarizə mexanizmlərini dəyişmək və “Fransa” meydanını boşaltmaq barədə qərar verdiklərini açıqlayıb. Onun sözlərinə görə, buna baxmayaraq, etiraz aksiyaları, müzakirələr və digər tədbirlər davam etdiriləcək. O bildirib ki, ən azı həftədə bir dəfə mitinqlər və etiraz aksiyaları təşkil olunacaq.
Qeyd edək ki, “Müqavimət” hərəkatı mayın 1-i “Fransa” meydanında çadırlar qurub və ölkədə hakimiyyətin dəyişdirilməsi məqsədilə mübarizənin başladığını elan edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar