Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Almaniya Ukraynaya verdiyi hərbi ləvazimatların siyahısını açıqladı

Baxılıb: 411     Tarix: 22-06-2022 07:17   

Almaniya hökuməti Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə olaraq Ukraynaya verdiyi hərbi ləvazimatların siyahısını açıqlayıb.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama verib.
O, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni dönüş nöqtəsi kimi qiymətləndirərək Almaniyanın hərbi əməliyyatlardan bir neçə gün sonra Ukraynaya hərbi dəstək göstərməyə qərar verdiyini bildirib.
Hebestreit bu dəstəyin Ukraynanın ehtiyacı olduğu müddətdə davam edəcəyini vurğulayıb.
Almaniya hökumətinin indi öz hərbi dəstəyini elan etmə prosedurunu ABŞ kimi ən yaxın müttəfiqlərin təcrübəsinə uyğunlaşdırmaq qərarına gəldiyini bildirən Hebestreit, Almaniya hökumətinin 21 iyun 2022-ci il tarixindən etibarən Ukraynaya verdiyi və verəcəyi hərbi dəstəyin www.bundesregierung.de/lieferungen-ukraine saytında yer alacağını bildirib.
Almaniya indiyədək Ukraynaya tədarük etdiyi bəzi silahları açıqlayıb.
Siyahıda Almaniyanın Ukraynaya 500 Stinger raketi, 100 min əl qumbarası, 100 pulemyot, 16 milyon güllə, 23 min dəbilqə, 178 maşın, 1 səhra xəstəxanası və 1200 xəstə çarpayısı kimi müxtəlif silah və təchizat göndərdiyi qeyd olunub.
Gələcəkdə Almaniya Ukraynanı zirehli texnika, dəbilqə, uzaqdan idarə olunan minatəmizləmə maşınları, çoxlüləli reaktiv yaylım atəşi sistemləri, Gepard tipli zenit tankı və sursatları, İris-T hava hücumundan müdafiə sistemi kimi silah və materiallarla təchiz etməyi planlaşdırır.
Qeyd edək ki, indiyədək bu siyahı ictimaiyyətə açıqlanmayıb. Almaniya hökuməti daha əvvəl də Ukraynanı kifayət qədər silahla təmin etmədiyi üçün tənqid edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar