Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Fətullah Gülənin qardaşı qızı saxlanıldı

Baxılıb: 668     Tarix: 23-06-2022 12:18   

Türkiyə sərhədçiləri qeyri-qanuni yolla Yunanıstana keçməyə çalışan Fətullahçı terror təşkilatının (FETÖ) üzvlərini saxlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.
Saxlanılanlar arasında təşkilatın lideri Fətullah Gülənin qardaşı qızı Sümeyya Gülən də var.
“Sərhəd bölmələrimiz tərəfindən qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 10 nəfər saxlanılıb. Aparılan araşdırma zamanı məlum olub ki, onlardan 5-i FETÖ terror təşkilatının üzvüdür. Onlar arasında terrorçuların rəhbəri Fətullah Gülənin qardaşı qızı Sümeyya Gülən də var”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur. Gülən hazırda ABŞ-da yaşayır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar