Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bayden havaya görə “G7” sammitini vaxtından əvvəl tərk etdi

Baxılıb: 700     Tarix: 28-06-2022 16:16   

ABŞ Prezidenti Co Bayden Almaniyanın cənubunda Elmau qalasında keçirilən “G7” sammitini vaxtından əvvəl tərk edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “DPA” agentliyi yayıb.
Buna səbəb isə hava şəraitinin pis olması olub. Belə ki, Bayden sammitin yekun iclasında çıxış etməli, buradan helikopterlə Münhenə yollanmalı, Münhendən təyyarə ilə NATO sammitinin keçiriləcəyi Madrid şəhərinə getməli idi. Lakin duman səbəbindən Bayden Münhenədək yolun bir hissəsini avtomobil ilə getməyə qərar verib.
Buna baxmayaraq, ABŞ Prezidenti getməzdən əvvəl Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Mario Draqi, Almaniya Kansleri Olaf Şolts və Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşə bilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar