Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Erməni müxalifətçilər parlamentdəki vəzifələrindən azad olundu

Baxılıb: 467     Tarix: 01-07-2022 14:59   

Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan tutduğu vəzifəsindən azad olunub.
Qanunvehedef.az “News.am”a istinadən xəbər verir ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclasında sözügedən məsələ ilə bağlı səsvermənin nəticələri açıqlanıb.
Bununla yanaşı, Vaqe Akopyan parlamentin İqtisadi Məsələlər üzrə Daimi Komissiyasının sədri vəzifəsindən uzaqlaşdırılıb.
Bildirilir ki, hər iki müxalif deputatın vəzifələrindən azad edilmələrinə 66 millət vəkili yekdilliklə səs verib.
Sözügedən təşəbbüsü isə hakim “Vətəndaş müqaviləsi” partiyası irəli sürüb. Partiya hər iki millət vəkilinin öz vəzifələrində düzgün işləmədiyini iddia edib.
Hakim partiya, həmçinin 10 millət vəkilinin mandatının alınmasını da nəzərdən keçirir.
Xatırladaq ki, İşxan Saqatelyan son aylar Ermənistanda hökumət əleyhinə təşkil edilən etiraz aksiyalarına rəhbərlik edib.шаблоны для dle 11.2