Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qazaxıstanda neft məhsullarının avtomobillə ixracına qadağa qoyuldu

Baxılıb: 468     Tarix: 05-07-2022 11:25   

Qazaxıstanda yenidən 6 ay müddətinə nəqliyyat vasitəsi ilə neft məhsullarının ixracına qadağa qoyulub.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, Qazaxıstanın Energetika Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi və Milli Təhlükəsizlik Komitəsi bu barədə birgə əmr imzalayıb.
Əmrə əsasən, 6 ay müddətinə ölkədən sürtkü yağları istisna olmaqla, avtomobil ilə benzinin, dizel yanacağın və neft məhsullarının digər növlərinin ixracına qadağa qoyulur.
Qərar iyulun 12-sindən qüvvəyə minəcək.
Qeyd edək ki, Qazaxıstan 2021-ci ilin noyabr ayında da analoji qadağa tətbiq etmişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar