Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ukrayna Xersonda silah-sursat anbarını vurdu - Video

Baxılıb: 226     Tarix: 12-07-2022 10:33   

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Novaya Kaxovka şəhərində silah-sursat anbarını vurub.
Qanunvehedef.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin “Cənub” operativ komandanlığı yayıb.
Məlumata görə, Ukrayna ordusunun raket-artilleriya bölmələrinin endirdiyi zərbələrdən sonra sözügedən silah anbarında güclü partlayış və yanğın baş verib.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələ ki məlumat verilməyib.
Xatırladaq ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.



Kaxovka bölgəsinin hərbi-mülki administrasiyasının rəhbəri Vladimir Leontyevin sözlərinə görə, Novaya Kaxovkaya endirilən zərbə zamanı 7 nəfər ölüb, təqribən 40 nəfər isə yaralanıb. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar