Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şri-Lankada Prezident səlahiyyətləri Baş nazirə həvalə edildi

Baxılıb: 690     Tarix: 13-07-2022 13:11   

Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa ölkənin Baş naziri Ranil Vikraminskheni dövlət başçısının səlahiyyətlərinin icraçısı olaraq təyin edib.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkə parlamentinin spikeri Mahinda Yapa Abeivardena açıqlayıb.
Məlumata görə, Prezident özü ölkədən kənarda olduğundan Baş nazir bu vəzifəyə təyin olunub.
Xatırladaq ki, ölkədə baş verən etirazlar fonunda istefa verən Qotabaya Rajapaksa həyat yoldaşı və mühafizəçisi ilə birlikdə ölkəni tərk edərək Maldiv adalarına gedib.
Qeyd edək ki, iyulun 9-da minlərlə insan Kolombo küçələrinə çıxaraq dövlət başçısının istefasını tələb edib. Aksiya zamanı 8 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Hazırda Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bu yana ən böyük iqtisadi böhran yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranın daha da dərinləşməsinə səbəb olub ki, bu da valyuta ehtiyatlarının qıtlığı ilə nəticələnib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar