Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rusiya quru sərhədini açdı

Baxılıb: 634     Tarix: 15-07-2022 13:06   

Rusiya bu gündən etibarən koronavirusla əlaqədar olaraq quru sərhədilə bağlı tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, ölkənin Baş naziri Mixail Mişustinin sözügedən məsələ ilə bağlı sərəncamı Rusiya hökumətinin rəsmi portalında dərc olunub.
Xatırladaq ki, Rusiya sərhədlə bağlı məhdudiyyətləri koronavirusun yayılması səbəbindən 2020-ci ilin mart ayından tətbiq edib. Rusiyanın bu məhdudiyyətləri ləğv etməsi barədə məlumatı isə iyulun 4-ü ölkənin koronavirusla mübarizə üzrə Operativ qərargahı yaymışdı.
Qeyd edək ki, bu gündən etibarən Rusiyaya hava yolu ilə gələn Belarus vətəndaşlarından PCR-testlər tələb olunmayacaq. Digər ölkə vətəndaşları isə neqativ PCR-test nəticəsini təqdim etməlidirlər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar