Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Nyu-Yorkda meymunçiçəyinə görə fövqəladə vəziyyət elan olundu

Baxılıb: 492     Tarix: 30-07-2022 09:41   

ABŞ-ın Nyu-York ştatında meymunçiçəyinə yoluxma hallarının artması səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.
Qanunvehedef.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ştatın qubernatoru Keti Hokul açıqlayıb.
İyulun 29-na olan məlumata görə, Nyu-York ştatında meymunçiçəyinə 1345 yoluxma halı qeydə alınıb. Yoluxma sayına görə ikinci pillədə isə Kaliforniya ştatı yer alıb. Burada ümumilikdə 799 yoluxma aşkar olunub.
Xatırladaq ki, daha əvvəl Kaliforniyanın San-Fransisko şəhərində sözügedən xəstəliyin yayılması ilə əlaqədar olaraq fövqəladə vəziyyət rejimi elan olunub.
Qeyd edək ki, hazırda dünyanın 79 ölkəsində meymunçiçəyinə 22 mindən çox yoluxma qeydə alınıb. Yoluxma hallarının 70%-dən çoxu Avropada aşkarlanıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}