Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Xarkovda Rusiya vətəndaşlığının verilməsinə başlanılır

Baxılıb: 626     Tarix: 30-07-2022 10:05   

“Ukraynanın Xarkov vilayətinin sakinləri avqust ayından Rusiya şəxsiyyət vəsiqələri əldə etməyə başlayacaqlar”.
Qanunvehedef.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitənin sədrinin müavini Artem Turov açıqlayıb.
Onun sözlərinə görə, Zaporojye və Xerson vilayətlərində artıq sakinlərə Rusiya şəxsiyyət vəsiqələrinin sadələşdirilmiş qaydada verilməsinə başlanılıb.
Turov qeyd edib ki, bu məsələlərlə Rusiyanın Daxili İşlər Nazirliyi məşğul olur və işlər artıq başlayıb.
Qeyd edək ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı başlatdığı genişmiqyaslı hərbi əməliyyat zamanı ölkənin bir neçə vilayət və qəsəbələrinə nəzarəti ələ keçirib. Rusiya hazırda Xarkov vilayətinin bir hissəsinə nəzarət edir.шаблоны для dle 11.2