Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Rusiya Latviyaya qaz nəqlini dayandırdı

Baxılıb: 466     Tarix: 30-07-2022 12:00   

Rusiyanın “Qazprom” şirkəti bu gündən etibarən Latviyaya təbii qaz nəqlini dayandırıb.
Qanunvehedef.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət açıqlayıb.
“Bu gün “Qazprom” qaz hasilatı şərtlərinin pozulması ilə əlaqədar olaraq iyul müraciəti çərçivəsində Latviyaya qaz nəqlini dayandırıb”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, “Qazprom” şirkəti aprelin 27-si Bolqarıstanın “Bulqarqaz” və Polşanın “PGNIG” şirkətlərinə qaz nəqlini dayandırıb. Şirkətdən bildirilib ki, Rusiyaya “qeyri-dost” münasibəti nümayiş etdirən ölkələr aprelin 1-dən Rusiya qazına görə ödənişləri rubl ilə etməlidirlər. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar