Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ərdoğan Avropa İttifaqını "yerinə oturtdu"

Baxılıb: 1 409     Tarix: 20-09-2022 11:27   

"Ankara Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində iştiraka görə Avropa İttifaqı qarşısında hesabat vermək niyyətində deyil".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib.
"Avropa İttifaqı bizi 52 il gecikdirəcək, ona yaxınlaşmağa imkan verməyəcək, sonra da soruşacaq: "Niyə bu ölkə ilə görüşdü, niyə başqa bir ölkə ilə görüşdü?" Mən danışıqlar aparacağam. Biz bu danışıqları apararkən Avropa İttifaqı qarşısında cavabdehlik daşımırıq.
Biz bütün dünya ölkələri ilə görüşürük. Mən cənab Si Çinpinlə görüşürəm, mən cənab Putinlə (Vladimir, Rusiya Prezidenti), cənab Modi ilə görüşürəm (Narendra, Hindistanın Baş naziri), bütün dövlətlərlə danışıqlar aparıram. Çünki biz hamımız bu dünyanın bir parçasıyıq", - deyə o qeyd edib./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar