Xəbər lenti
23/04/2026 [14:20]
Sabah hava necə olacaq?
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bayden Makrona güzgü hədiyyə etdi - Fotolar

Baxılıb: 766     Tarix: 02-12-2022 11:03   

Dekabrın 1-i Ağ Evdə ABŞ və Fransa Prezidentləri Co Baydenlə Emmanuel Makron arasında görüş keçirilib. 
Qanunvehedef.az “The Washington Post”a istinadən xəbər verir ki, görüş zamanı Bayden fransalı həmkarına taxta çərçivəli güzgü hədiyyə edib.
Məlumata görə, güzgünün çərçivələri Ağ Ev ətrafından toplanmış ağac materialdan hazırlanıb.
Bununla yanaşı, Bayden Makrona amerikalı musiqiçilərin mahnılarından ibarət vinil val kolleksiyası da hədiyyə edib.
Fransa Prezidenti də Ağ Evə əliboş gəlməyib. Belə ki, Yelisey Sarayının yaydığı məlumata görə, Emmanuel Makron və xanımı Bricit Bayden cütlüyünə 1966-cı ilin “Kişi və Qadın” adlı məşhur fransız filminin orijinal musiqi albomunun valını və diskini hədiyyə edib. Bildirilir ki, Co və Cil Bayden ilk görüşləri zamanı məhz bu filmi izləyib.
Eyni zamanda, Makron Baydenə “LIP” saatı və “Saint James” sviteri bağışlayıb. Bununla yanaşı, Makron cütlüyü ABŞ-nin birinci xanımına Qustav Floberin “Madam Bovari” əsərini və Albert Kamyunun əsələrini hədiyyə ediblər.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar