Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Peskovun qızı çeçen biznesmenlə nişanlanıb - Foto

Baxılıb: 566     Tarix: 07-12-2022 11:04   

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova nişanlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Moskovskiy komsomolets” yayıb.
Məlumata görə, Peskov qızı ilə Moskvada yerləşən kinoteatrların birində tədbirə qatılıb. Onlar jurnalistlərə açıqlama verməsələr də, foto çəkilişinə icazə veriblər. Fotolardan bir neçəsində isə 24 yaşlı Yelizaveta Peskovanın barmağında nişan üzüyünü görmək mümkün olub.
Qeyd edək ki, Y. Peskovanın toyu olacağı barədə məlumatları sentyabrda “Tatler” nəşrinin keçmiş baş redaktoru Arian Romanovskiy yayıb. Onun 34 yaşlı çeçen biznesmen Ruslan Qolbazov ilə münasibətdə olduğu məlumdur. Cütlük 3 ildən artıqdır ki, birlikdədirlər.
Bununla belə, onların toyu olacağı barədə xəbərlər 2021-ci ildə də yayılsa da, Yelizaveta
Peskova bu barədə məlumatları təkzib etmişdi.



шаблоны для dle 11.2



Ən çox oxunanlar