Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ərdoğan: "Türkiyənin raket istehsalı Yunanıstanı qorxudur"

Baxılıb: 703     Tarix: 12-12-2022 11:14   
 

"İndi biz raketlərimizi yaratmağa başlamışıq. Bu istehsal, təbii ki, yunanları qorxudur. "Tayfun" deyirsən, indi Yunanıstan qorxur, "Afinanı vuracaq" deyir".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Samsun şəhərində keçirilən "Gənclik görüşü" tədbirində bildirib.
"Bir yerdə durmasan, ABŞ-dan adalar üçün nəsə almağa çalışsan, Türkiyə kimi bir ölkə, yəqin ki, görməzdən gəlməyəcək. ABŞ Suriyanın şimalına 4-5 min yük maşını silah və sursat göndərib. Bunu dəfələrlə deməyimə baxmayaraq, veclərinə almırlar. Elədirsə, öz göbəyimizi özümüz kəsəcəyik", - dövlət başçısı bildirib.
Qeyd edək ki, Türkiyənin yerli istehsalı olan "Tayfun" 561 km mənzilli ballistik raketdir./Oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar