Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"Putin bu gün səfərbərlik elan edə bilər"

Baxılıb: 213     Tarix: 18-01-2023 13:07   

"Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə yeni səfərbərlik elan edilməsini açıqlaya bilər".
Qanunvehedef.az "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri yayıb.
Məlumata görə, Putin bu gün Sankt-Peterburqda Leninqrad mühasirəsinin yarılmasının 80-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə çıxış edəcək. Bildirilir ki, Putin Rusiya xalqına müraciət etmək üçün simvolik tarixlərdən istifadə etməyi sevir.
"Bir neçə rusiyalı hərbi bloqer qeyd edib ki, Rusiya lideri bu imkandan səfərbərliyin elan edilməsi üçün istifadə edə bilər. Ukrayna və Qərb kəşfiyyatı da dəfələrlə Putinin səfərbərliyə hazırlaşması barədə xəbərdarlıqlar edib. Sözügedən bu xəbərdarlıqlarda da səfərbərliyin yanvarın ortası elan ediləcəyi vurğulanıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən il sentyabrın 21-i Rusiyada qismən səfərbərlik elan olunub və həmin il oktyabrın 28-i başa çatıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar