Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiyada “Kraken”ə daha bir yoluxma aşkar edildi

Baxılıb: 485     Tarix: 03-02-2023 11:14   

Rusiyada koronavirusun “Omicron” ştamının alt variantı “XBB.1.5” və yaxud “Kraken” ştamına daha bir yoluxma qeydə alınıb.
Qanunvehedef.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yayıb.
Bu, Rusiyada sözügedən ştama ikinci yoluxma halıdır və Tuva Respublikasında qeydə alınıb. Yoluxan şəxs xəstəliyi yüngül formada keçirir.
Xatırladaq ki, Rusiyada “Kraken” ştamına ilk yoluxma yanvarın 12-si Penza vilayətində aşkar edilib. “Rospotrebnadzor” ölkədə “Kraken” ştamının aşkar olunması ilə bağlı məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar