Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Ukraynanın hazırda nə qədər tanka ehtiyacı var?

Baxılıb: 465     Tarix: 03-02-2023 11:31   

“Ukrayna hazırkı mərhələdə 350-450 ədəd Qərb tanklarına ehtiyac duyur”.
Qanunvehedef.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak İspaniyanın “20minutos” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar Ukraynaya münaqişənin hazırkı mərhələsində məhz nə lazım olduğunu bilirlər: “Birincisi, bizə 150-200 km mənzilli raketlər lazımdır. Biz artıq bununla bağlı danışıqlar aparırıq. Daha sonra, bizə Qərbdən 350-450 tank lazımdır”.
Xatırladıq ki, yanvarın 25-i ABŞ Ukraynaya 31 ədəd “M1 Abrams” tankı vermək niyyətində olduğunu açıqlayıb. Həmin gün Almaniya da Kiyevə 14 ədəd “Leopard2” tankları göndərəcəyini və digər ölkələrə də Ukraynaya bu texnikadan göndərilməsinə icazə verəcəyini bildirib. Sözügedən tankların mart ayının sonuna qədər göndəriləcəyi gözlənilir. Ukrayna ilk partiyada 12 ölkədən 140-a yaxın tank əldə etməyi planlaşdırır.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar