Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“İmamoğlu işi” ilə bağlı daha 25 nəfər həbs olundu

Baxılıb: 556     Tarix: 29-07-2025 12:36   

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan istintaq çərçivəsində yeni əməliyyat keçirilib.
Qanunvehedef.az “Sabah”a istinadən xəbər verir ki, İSFALT (İstanbul Böyükşəhər Bələdiyyəsinin iqtisadi müəssisələrindən biri - red.) və İETT-in (İstanbul Elektrik, Tramvay və Tunel Əməliyyatları Müdirliyi - red.) qazandığı bir neçə tenderdə korrupsiya faktları ilə bağlı 25 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 21 nəfər saxlanılıb.
Sözügedən əməliyyatlar İstanbul, Antalya, Çanaqqala, Trabzon, Bursa və Giresunda həyata keçirilib.
Həmin şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material və sənədlər götürülüb.
Xatırladaq ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində martın 23-də sədr Əkrəm İmamoğlu haqda həbs qərarı verilib. Daha sonra Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar