Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şok əməliyyat: 300-dən çox rus hərbçisi məhv edildi

Baxılıb: 757     Tarix: 05-08-2025 14:56   

Ukrayna Baş Kəşfiyyat İdarəsinin hərbçiləri Sum vilayətində Rusiya ordusuna qarşı böyük əməliyyat keçirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, kəşfiyyatçılar Sum vilayətində Rusiyanın hücumunu dəf ediblər və rusların 8-dən çox bölüyü darmadağın edilib.
"Ukrayna Baş Kəşfiyyat İdarəsinin "Timur” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri rusların Sum istiqamətində irəliləməsinə imkan verməyiblər. Xüsusi əməliyyat zamanı kəşfiyyatçılar düşmənin arxa cəbhəsinə daxil olub və mövqeləri təmizləyiblər. Rusların cəbhənin bu istiqamətində irəliləyişləri dayandırılıb, ləvazimat və sursat təchizatı da pozulub. Əməliyyat nəticəsində düşmənin 334 hərbçisi öldürülüb, daha 550 hərbçisi isə yaralanıb”, - məlumatda qeyd olunub.
Əməliyyatda “Himer”, “Yunger”, “Stunqa”, “Sibir batalyonu”, “Aratta”, “1514”, “Paraqon”, “Art Division”, “First Line”, “Raven Qrup” və “6-cı dəstə” xüsusi təyinatlı bölmələri iştirak edib.

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar