Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şəhid polkovnikimiz Türkiyədə təhsil alıb?

Baxılıb: 727     Tarix: 20-07-2020 10:21   

Ötən gün bəzi xəbər saytlarında qəhrəman şəhidlərimiz Raquf Orucov və Polad Həşimovun 1992-ci ildə Türkiyə Cumhuriyyətinə hərbi təhsil almağa göndərilməsi barədə əsassız xəbər və video paylaşıb.
Qanunvehedef.az xəbər verir ki, bunu şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova qeyd edib.
O bildirib ki, şəhidimiz 1992-ci ildə Özbəkistandakı sovet ordusundakı xidmətini yarımçıq qoyaraq, Azərbaycana gəlib və doğma yurdu Ağdamın müdafiəsinə qoşulub:
“O, Allahverdi Bağırovun batalyonunda xidmət edib. 1993-cü ildə anası erməni işğalçıları tərəfindən şəhid edildikdə Raquf ön xətdə döyüşlərdə olub. Döyüşlərdə yaralanıb və atəşkəs elan olunduqdan sonra Bakı Ali Hərbi Komandirlər Məktəbinə daxil olub.
2003-2005-ci illərdə isə AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb.
Raquf Orucov 4 ildir şəhid olub, ilk dəfədir belə bir saxta məlumat eşidirik, videoda kimin Raquf olduğunu necə təsdiqləyə bildiniz? Raquf sizin dediyiniz vaxtda Ağdamda Vətənin müdafiəsində iştirak edib.
Xahiş edirəm, şəhidlərimiz haqqında qeyri-dəqiq informasiyalar paylaşmayaq. Onun ailəsi olaraq verilən informasiyanı təkzib edirik! Şəhidlərimizin ruhu şad olsun!”
Qeyd edək ki, ötən gün mətbuatda eks-prezidenti Əbülfəz Elçibəyin 1992-ci ildə bir qrup zabiti Türkiyəyə hərbi təhsil almağa göndərdiyini əks etdirən video yayılıb. Sözügedən videoda hərbçilər arasında şəhid general-mayor Polad Həşimovun və polkovnik-leytenant Raquf Orucovun olduğu da qeyd edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar