Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Hərbçimiz düşmənə bu şansı verdi - Polkovnik

Baxılıb: 624     Tarix: 14-09-2020 12:09   

Bu il iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu hissəsində düşmənin törətdiyi təxribat nəticəsində baş vermiş döyüşlər zamanı Ordumuzun nəyə qadir olduğunun bir daha şahidi olduq.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Qaynarinfo.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Namiq Qasımov deyib.
Polkovnik-leytenant bildirib ki, ən müasir silahlarla təchiz olunmuş Ordumuzun bölmələri düşmənə pilotsuz uçuş aparatlarından, dəqiq vuran silahlardan sarsıdıcı zərbələr endirirdilər:
"Yüksəkliklərdən çəkilmiş həmin zərbələrin videoçəkilişlərini Azərbaycan vətəndaşları da, elə düşmən ölkə olan Ermənistan vətəndaşları da izləmək imkanı qazanmışdı. Həmin kadrlar Ordumuzun son illərdə qazandığı peşəkarlığı, yüksək təchizat və təminatını açıq-aydın göstərmirmi? Bu uğurları Vətənimizi sevən hər bir kəs, hesab edirəm ki, ürəkdən alqışlayır.
Amma təəssüflər olsun ki, bu yaxınlarda kimsə hərbçilərimizin sayıqlığı nəticəsində ön xətt bölmələrimizin ələ keçirdiyi erməni zabitinin video çəkilişini edərək sosial şəbəkələrdə paylaşmış, özünü "qəhrəman” kimi göstərməyə çalışmış, bununla Ermənistan tərəfinə yersiz bəyanatlar vermək üçün imkan yaratmışdı. Halbuki düşmən zabitinin ələ keçirilməsində, bildiyimə görə, onun zəhməti olmayıb.
Bu qədər ağılsızlıq etmək olarmı? Axı, Orduda hamı yaxşı bilir ki, smartfon telefonların istifadəsi qadağandır. Və o da sirr deyil ki, bu məhdudlaşdırmanın səbəbi informasiyaların məxfiliyini qorumaq, düşmənə ordumuz barədə məlumatlardan yararlanmaq imkanı verməməkdir. Onu da qeyd edim ki, bu qaydanı pozmuş hərbi qulluqçular hərbi hissələrdə aşkar edildikdə dəfələrlə ciddi cəzalandırılıblar. Ön xətdə qulluq etmiş hərbçi bəyəm bunları bilmir?"
"Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu hissəsində ermənilər təxribat törətdikdə vətənpərvər soydaşlarımız məlumatlarımızı düşməndən qorumaq barədə paylaşımlar edirdilər. Buna ancaq sevinmək olar. Vaxt var idi ki, döyüş texnikası yerdəyişmə edərkən, təlimə gedərkən və ya çöl çıxışları edərkən smartfon telefonlarla çəkilişlər aparıb internetdə paylaşır, bununla da ordumuzun hərəkəti barədə düşmənə informasiya vermiş olurdular. Azərbaycan Ordusunda smartfon telefonların qadağan edilməsinin bir əsas səbəbi də budur və hamı bu qaydaya ciddi əməl etməlidir" - deyə Namiq Qasımov bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar