Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İp Manna baxan, siyasətdən qaçan deputatımız...

Baxılıb: 721     Tarix: 20-09-2020 12:52   

Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam. Dövlətin siyasəti ilə məşğul olacaq Prezident var. Onun siyasi xətti var və biz də onu dəstəkləyirik. Sırf işim məni seçən əhali ilə işləməkdir. İşim camaatımın dərdi, problemi, hansısa bir məsələyə dəstək olmaqdan ibarətdir. Özümü bu istiqamətə yönəltmişəm, çalışıram işimi, fəaliyyətimi əhali ilə qurum.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri deputat Jalə Əhmədova Teleqraf.com-a geniş müsahibəsində deyib. O, “millət vəkilinin aktiv siyasətçi olmalı deyilmi” sualına belə cavab verib:
“Bəli, elə də olmalıdır. Mən hələ özümü o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm. Çünki bu yolda hələ təzəyəm. Biz hələ indi-indi addımlamağa başlayırıq. Ümid edirəm, yəqin ki, bu 5 il ərzində mən də siyasi mövqeyimi tam peşəkar səviyyədə ortaya qoya biləcəyəm”.
Deputat Vinq Çun döyüş sənəti ilə məşğul olmasına da aydınlıq gətirib:
“Bu idman növü ilə uzun müddət məşğul olmuşam. İdmanla məşğul olmaq həvəsi yarananda araşdırdım ki, Azərbaycanda hansı idman döyüş növü var. Qadın olduğum üçün təbii mənə elə bir döyüş növü lazım idi ki, minimal xəsarətlər alım. Axtarıb araşdırandan sonra məhz bu idman növünü özümə daha məqbul bildim.

İp Manın filmlərinə baxıb oradan özümdə belə bir həvəs yarandığını gördüm. Çünki bu döyüş növü çox xoşuma gəlirdi”.
Millət vəkili sosial şəbəkələrdə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatla bağlı açıqlamasına reaksiyalardan danışıb:
“Bunu elə yozurlar ki, guya biz iqtidara yaltaqlıq edirik. Elə fikirlər də səslənir ki, bu fikir müxalifətə qarşı irəli sürülüb. Allah şahiddir ki, əsl reallıq elə deyil. Nə iqtidarı, nə də müxalifəti təmsil edirəm. Tam müstəqiləm, özümü hər bir kəsin millət vəkili hesab edirəm. Salyanda da hər kəs təsdiqləyir ki, seçicilərim arasında müxalifət təmsilçiləri də var və onlarla da görüş keçirirəm. Hətta onlayn bağlantı formatında da onların problemlərini dinləyirəm və hörmətlə yanaşıram. Hər kəsin özünə görə mövqeyi var. Sosial şəbəkələrlə bağlı tənqid etdiyim məqam yalnız ondan ibarətdir ki, bu cür olmaz, bura Azərbaycandır, Amerika deyil. İfrat dərəcədə, qadın, ana-bacı, uşaq bilmirlər, hər kəsə açıq şəkildə söyüş söyürlər. Tənqidə görə heç kəs heç nə demir. İqtidar varsa, müxalifət də olmalıdır. Amma müxalifət də sağlam müxalifət olmalıdır. Yəni bu, normal bir haldır. Kiminsə haqqını, hüququnu tələb etməsinə etirazımız yoxdur. Amma təhqir, söyüş olmaz. Üzdə olan adamların yazılarına şərh yazırlar. Bu yazıları da ailə üzvləri, yaxınları, övladları oxuyur və bu da əlavə bir psixoloji durum yaradır. Problem də ondan ibarətdir ki, buna cavab vermək olmur. Bilinmir ki, söyən, təhqir edən insan kimdir. Bu günə qədər ünvanıma təhqiramiz ifadə olmayıb. Amma yalan informasiyalar yayılıb. Bir jurnalist 4 il öncə federasiyaya görə Stiven Siqalla çəkilmiş şəkilimi yaymışdı. Yazmışdılar ki, Jalə Əhmədova pandemiyanı bəhanə edir, lakin gedib Stiven Siqalla görüşür. Burada da məntiqsizlik özünü göstərdi. Çünki ölkə sərhədləri pandemiyaya görə bağlıdır. Amma mən ölkədən çıxıb gedib Siqalla şəkil çəkdirdiyimə görə ittiham edilirəm. Söz azadlığının olması mütləqdir. Lakin sözü deyəndə də onun cavabdehliyini daşımaq da şərtdir”.шаблоны для dle 11.2



Ən çox oxunanlar