Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

XİN açıqlama yaydı: Bu barədə tutarlı faktlar var

Baxılıb: 578     Tarix: 05-10-2020 14:18   

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi açıqlama yayıb.
Qanunvehedef.az açıqlamanın mətnini təqdim edir.
Azərbaycan Respublikasına qarşı yeni təcavüzü çərçivəsində Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, habelə Ermənistanın müvafiq beynəlxalq öhdəliklərini pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu qəsdən hədəfə alır.
Ermənistan tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 24 nəfər azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyektlər dağıdılıb.
Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, sənaye şəhəri olan Mingəçevir, habelə Azərbaycanın Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və kritik əhəmiyyətli infrastrukturunun Ermənistan ərazisindən məqsədyönlü şəkildə raket hücumlarına tutulması hərbi əməliyyatlar zonasını genişləndirmək və münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdən təxribatdır.
Azərbaycan tərəfində Azərbaycanın mülki əhalisi və infrastruktur obyektlərinin məhz Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Cermuk və Berd şəhərlərindən raket atəşinə tutması barədə tutarlı faktlar var.
Bütün dəlillər yerli və xarici mütəxəssislərin, o cümlədən yerlərdə olan xarici jurnalistlərin iştirakı ilə toplanaraq, müvafiq beynəlxalq təşkilatlara təqdim ediləcəkdir.
Ermənistanı beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində öhdəliklərinə tabe olmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çəkilməsinə dair tələblərini yerinə yetirməyə çağırırıq.
Bir daha təkrar edirik ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki şəxslərin və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin dərinliyindəki yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirəcəyi əks-hücum tədbirlərinin nəticələrinə görə tam məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşür.шаблоны для dle 11.2



Ən çox oxunanlar