Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ermənistan təhlükəli oyun oynayır - Sekuta

Baxılıb: 636     Tarix: 07-10-2020 10:28   

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə hücumunu pisləyib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə səfir “Anastasiya Lavrina ilə qlobal diskussiya" verilişinin efirində danışıb.
O bildirib ki, Gəncə Dağlıq Qarabağın bir hissəsi deyil və işğal olunmuş ərazi sayılmır:
“Bu, eskalasiya və ya münaqişənin böyüməsi cəhdidir. Gəncə təsadüfi seçilməyib. Həmkarlarımla bir neçə boru kəmərinin keçdiyi Gəncə dəhlizinin əhəmiyyəti barədə tez-tez danışırıq. Strateji baxımdan, bir neçə ölkənin enerji təhlükəsizliyi üçün çox vacib bir bölgədir. Ermənistan üçüncü ölkələri münaqişəyə cəlb etmək istəyir ki, bu da öz növbəsində vəziyyəti dəyişəcək. Bu təhlükəli bir oyundur”.
Səfirin sözlərinə görə, digər tərəflərin cəlb edilməsi münaqişəni Avropaya doğru və hətta daha geniş və qlobal şəkildə genişləndirə bilər:
“Qaydalara əsaslanan sistem istədiyimiz barışı əldə etməyimizə həqiqətən kömək edə bilər. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri birlikdə işləmək üçün bir yol tapmalı və hər iki tərəfi danışıqlar masasına gətirməlidirlər. Və bu dəfə danışıqlar naminə danışıqlar deyil, danışıqlar vasitəsilə həll yolu tapılmalıdır. Eyni şeyi təkrarlamaqdansa, bir çıxış yolu tapmağa çalışmaq lazımdır. ATƏT-in Minsk Qrupu bitərəf qalmamalı, ölkələrin irəliləməsi üçün bir yol tapmasına kömək etməlidir”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar