Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Asiya PA-ya Gəncə teraktı haqda məktub göndərildi

Baxılıb: 830     Tarix: 12-10-2020 15:32   

Asiya Parlament Assambleyasındakı (AsiyaPA) Azərbaycan nümayəndə heyəti Assambleyaya üzv ölkələrin nümayəndə heyətlərinə məktubla müraciət edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə danışan Nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva məktubda Ermənistan silahlı qüvvələrinin 11 oktyabrda Gəncə şəhərini raket atəşinə tutması və bunun nəticəsində baş vermiş insan tələfatından bəhs edildiyini bildirib.
AsiyaPA üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycanın mülki əhalisinə qarşı növbəti hərbi təcavüz aktı baş verib. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mülki əhalisi Ermənistan Respublikasının ərazisindən “Toçka-U” uzaqmənzilli raketindən istifadə edilməklə hədəfə çevrilib. Ermənistan silahlı qüvvələrinin bu məsuliyyətsiz hərbi təcavüzü nəticəsində 9 mülki şəxs ölüb, 30-dan çox dinc sakin yaralanıb. Qurbanları arasında uşaq, qadın və yaşlı insanların olduğu bu tələfat bir daha sübut edir ki, işğalçı dövlət müharibə cinayəti törədib. Özü də bu, Moskvada Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 10 oktyabrda imzaladığı humanitar atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir neçə saat sonra baş verib.
Asiya PA-dakı nümayəndə heyətimiz adından göndərilən məktubda bir daha vurğulanıb ki, Ermənistanın belə məsuliyyətsiz hərəkətləri qətiyyətlə pislənilməli, qınanılmalıdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Buy yes2win blackhat skill google seo ranking
Redaktor seçimi
Çox oxunanlar