Düşmən Qarabağda Əsəd rejiminin taktikasını tətbiq edir
Baxılıb: 699 Tarix: 01-11-2020 13:43
Artıq bir neçə gündür ki, Ermənistan Qarabağda fosforlu bombalardan istifadə edərək yanğınlar törədir.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan MN işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyini bildirmişdi.
Trend-in məlumatına görə, Ermənistanın fosforlu bombalardaqn istifadəsi ilk deyil, düşmən qüvvələri daha öncədə fosforlu bombalardan Azərbaycana qarşı istifadə edib.
Hələ oktyabrın 8-də Ermənistan tərəfindən Füzuli rayonu ərazisinə 122 millimetrlik tüstülü top mərmisi atmışdı. mərminin tərkibində 3,6 kiloqram ağ fosfor (P-4) var idi.
Ermənistan Azərbaycana qarşı atəşkəs dövründə də fosforlu bombalardan istifadə edib. Hələ 2016-ci ildə Ermənistan Tərtərin Əskipara kəndinə fosforlu bomba atmışdır.
Kimyəvi tərkibli ağ fosforlu hərbi sursat nəyə görə qadağan olunub və onun yaratadığı fəsadlar nədir?
Ağ fosfor atmosferdəki oksigen ilə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir. Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün.
Bu kimyəvi silah insan orqaniziminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisiteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, tənginəfəslik yaradır. Bu, təkcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir.
Bu silahın istifadə edilməsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər qəbul edilib. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyasi qəbul edilib. Budan başqa 1949-cu il müharibəsi qurbanlarının qorunması haqqında Cenevrə konvensiyaları və 1977-ci ildə onlara qəbul edilmiş əlavə protokollar, "Adi silahların konkret növləri haqqında konvensiyaya" III protokol (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi sliahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya) var.
Yaxın zamanlarda baş vermiş müharibələr zamanı ağ fosfor bombasından Suriyada Əsəd rejimi tərəfindən istifadə olunduğu bildirilirdi. Əsəd qüvvələri İdlib vilayətini bombardman edərkən, habelə Şərqi Qutada bu bombalardan istifadə etdiyi deyilirdi.
Ermənistan növbəti dəfə fosforlu bombalardan istifadə etməklə Azərbaycan Ordusuna zərər vurmaqdan başqa, kütləvi meşə yanğınları və Qarabağda ekoloji fəlakətin real təhlükələrini yaratmaq niyyəti güdür.
Digər bir tərəfdən isə düşmən bu bombalarla meşə yanğınları törətmək və Azərbaycanın Pilotsuz Uçuş Aparatlarından gizlənməyə çalışır.
Ən çox oxunanlar
Son xəbərlər