Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qarabağ bəyanatını BMT TŞ-nin hansı üzvü blok edib?

Baxılıb: 736     Tarix: 06-11-2020 10:25   

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı vacib bəyanatlardan birinin qəbul olunmasına TŞ-nin daimi üzvlərindən biri mane olub.
Qanunvehedef.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan deyib.
“BMT TŞ-nin Qarabağla bağlı qapalı iclası başlayanda BMT TŞ-nin daimi üzvü olan həmsədr ölkələr – Rusiya, ABŞ və Fransa balanslı mətn təqdim etdi. Bu mətn Rusiya tərəfindən səsləndirilməli idi. Söhbət təkcə atəşkəsdən yox, həm də üçüncü tərəflərin müdaxiləsinin dayandırılması və terrorçuların konflikt zonasına cəlb edilməməsindən gedirdi. Lakin BMT TŞ-nin daimi üzvü olan ölkələrdən biri bu təşəbbüsü məhv etdi. Nəticədə Rusiya nümayəndəsi aydın olmayan bir mətn səsləndirə bildi”, – deyə o bildirib.
Bununla belə Köçəryan TŞ-də ümumi bəyanatın əleyhinə hansı ölkənin səs verdiyini açıqlamayıb.
Qeyd edək ki, BMT TŞ-nin daimi üzvləri – ABŞ, Fransa, Rusiya, Britaniya və Çindir.
Bundan öncə Təhlükəsizlik Şurasının Fransa və Rusiya tərəfindən hazırlanan yekun bəyanatında Qarabağda işğal edilmiş ərazilərin azad edilməsinə dair qətnamələrə istinad edilmədiyi üçün BMT TŞ-nin qeyri-daimi üzvü olan bir sıra ölkələr buna etiraz etmiş və bəyanata bu qətnamələrin salınmasını israrla tələb etmişdilər. Bundan sonra ümumiyyətlə hər hansı bəyanat qəbul edilməmişdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar