Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

MM-də Bülbüloğlu müzakirəsi: İstefa verməlidir!

Baxılıb: 832     Tarix: 13-11-2020 12:45   

Azərbaycan 44 gün Vətən müharibəsini apardı, 300-ə yaxın şəhər, qəsəbə, kəndi düşməndən təmizlədi. Artıq dünya Azərbaycan Ordusu barədə yüksək fikirlər söyləyir.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.
V.Əhmədov böyük qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu, Milli Məclis üzlərini, Azərbaycan xalqını təbrik edib:
“İmzalanan Bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası idi. Bəyanatda bir sıra məsələlər var ki, bizimçün çox əhəmiyyətlidir. Xüsusilə də muxtariyyət, status məsələsinin olmaması qeyd edilməlidir. Çox təəssüflər olsun ki, bəzi insanlar yenə də muxtariyyət məsələsini gündəmə gətirirlər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu elə bil ki, Rusiya xarici işlər naziri Sergey Lavrovu əvəz edir. Belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər! Onlar özləri istefa verib getməlidirlər! Cənab Prezident bu haqda qəti sözünü deyib ki, “Nə qədər mən prezidentdəm, heç bir statusdan söhbət gedə bilməz!”
V.Əhmədov 44 günlük Vətən müharibəsi günlərində Azərbaycanın yanında olan Türkiyə dövlətinə və xalqına, Prezident Rəcəb Tayyib Ərdoğan və onun komandasına, həmçinin Pakistan dövlətinə, baş nazirinə, xaqlına təşəkkür edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar