Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bu tədbir də Şuşada keçiriləcək

Baxılıb: 700     Tarix: 20-11-2020 11:29   

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrinin beyin mərkəzlərinin növbəti görüşü gələn il Şuşa şəhərində keçirilə bilər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən verilən məlumata görə, bu təkliflə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qırğızıstan Strateji Araşdırmalar üzrə Milli İnstitutun təşkilatçılığı ilə keçirilən üzv ölkələrin beyin mərkəzlərinin 6-cı onlayn görüşündə çıxışı zamanı çıxış edib.
O, görüşün həmçinin bır sıra üzv ölkələrin müstəqillik qazanmasının 30-cu ildönümünə həsr olunması təklifini irəli sürüb. Vebinarda iştirak edən digər beyin mərkəzləri- Qazaxıstan Respublikası prezidenti yanında Qazaxıstan İnstitutu, Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi və Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutunun nümayəndələri təklifi yekdilliklə dəstəkləyiblər. Fərid Şəfiyev həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ətrafında son 2 ayda baş verən proseslər, hərbi əməliyyatlar və noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanat barədə məlumat verib və Azərbaycanın beynəlxalq hüquqda da təsbit olunduğu ki, öz torpaqlarını azad etmək uğrunda mübarizə apardığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Tədbir iştirakçıları Azərbaycan qələbə münasibəti ilə təbrik ediblər.
Tədbirdə həmçinin Mərkəzin şöbə müdiri Cavid Vəliyev 27 illik işğalın iqtisadi nəticələrindən bəhs edib, işğalın Azərbaycan iqtisadiyyatına böyük zərər vurduğunu rəqəmlərlə açıqlayıb. O, indiki mərhələdə dövlət və ictimaiyyətin işğaldan azad olunan torpaqların bərpasına dair planlama barədə düşündüyünü bildirib. Bu mənada Türk Şurası və üzv ölkələrin işğaldan azad olunan torpaqların bərpasında rol ala biləcəyini qeyd edib.
Qeyd edək ki, Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar baş verən proseslər fonunda beynəlxalq beyin mərkəzləri və qurumlar tərəfindən təşkil olunmuş bır sıra vebinarlarda və məlumatlandırma sessiyalarında iştirak edib.
Bu baxımdan o, noyabrın 11-də Azərbaycanın Böyük Britaniyadakı Səfirliyin təşkilatçılığı ilə "Azərbaycan - Ermənistan münaqişəsi" adlı vebinarda iştirak edib və bu ölkədən olan ekspertlərin, elm adamlarının və rəsmilərin münaqişə ilə bağlı suallarını cavablandırıb. Bununla yanaşı F.Şəfiyev noyabrın 16-da Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi, eyni gündə Polşanın Şərq Akademiyası Müstəqil Araşdırma Mərkəzi, noyabrın 17-də Türkiyə Orta Şərq Texniki Universiteti tərəfindən təşkil olunmuş vebinarlara qatılıb. Tədbirlər zamanı 27 sentyabrdan başlayaraq Ermənistanın Azərbaycana qarşı təxribatı, nəticədə Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda hərbi əməliyyatları davam etdirməsi, 44 günlük müharibə nəticəsində Azərbaycan, Rusiya və Ermənistanın birgə imzaladığı sənəd və bu sənədin əslində Ermənistan üçün kapitulyasiya sənədi mənasını kəsb etməsi barədə məlumat verib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar