Nikolun əks-hücum əmri, Kremlin 4 təklifi… - Sensasion detallar
Baxılıb: 575 Tarix: 23-11-2020 11:01
Nikol Paşinyan baş nazir olduğu gündən onun istefasını tələb edirəm. Bütün bu dövr ərzində fasiləsiz olaraq ictimaiyyəti danışıqlar prosesinin hansı kontekstdə inkişaf etdiyinə dair məlumatlandırırdım.
Qanunvehedef.az Axar .az istnadən xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, politoloq David Şahnazaryan deyib.
“Hansı daxili dəyişikliklərin baş verdiyini demişəm. Məqsədyönlü şəkildə güc strukturlarının dağıdıldığını izah etməyə çalışmışam. Söhbət yalnız Milli Təhlükəsizlik Xidmətindən getmirdi. Söhbət həm də hüquq-mühafizə orqanları və ordudan gedirdi. O zaman bəlli idi ki, Paşinyan Qarabağla bağlı hətta Serj Sərkisyanın imtina etdiyi həll variantına nail olmayacaq. Böyük ehtimalla 1997-ci ildə təklif edilən mərhələli həll variantını belə reallaşdırmağa imkan olmayıb. Mən o zaman xəbərdarlıq edirdim ki, Paşinyan məqsədyönlü və davamlı şəkildə Azərbaycanın müharibəyə başlaması üçün daha çox bəhanələr verən siyasət həyata keçirir. Buna da biz şahid olduq”, – deyə o bildirib.
Şahnazaryan 1 oktyabrda Xankəndiyə getdiyini və o zaman təşkilatçılıqla bağlı problemlərin olduğunu anladığını söyləyib:
“2-3 oktyabrda biz artıq Cəbrayılı itirmişdik. Moskvadan Paşinyana təklif daxil olmuşdu ki, hansısa konkret şərt hesabına hərbi fəaliyyətləri dayandır. Mən müharibə gedişi zamanı Moskvadan hərbi fəaliyyətlərlə bağlı daxil olan ən azı 4 təklifi bilirəm. Bu mənim dəqiqliklə bildiklərimdir. Düşmən hər dəfə irəlilədikcə təkliflər də bir o qədər pis olurdu. Bütün bu dövr ərzində situasiya cəmiyyətə bizim qalib gəlməyimiz kimi təqdim edilirdi. Artıq o zaman aydın idi ki, komanda bunkerində hərbi yox, siyasi qərarlar qəbul edilir. Kobud desək, ordunu siyasətçilər idarə edirdi.
Xatırlayıram ki, 6 oktyabrda baş nazir deyirdi ki, biz əks-hücum hazırlayırıq və böyük qələbə ərəfəsindəyik. Tezliklə düşməni məğlub edəcəyi vədini verdi. Söhbət Cəbrayıla olan əks-hücumdan gedirdi. Bu, açıq siyasi sifariş idi, Baş Qərargaha təzyiq idi”.
Şahnazaryan məhz bu əməliyyat nəticəsində Azərbaycanın Ermənistan ordusunun müqavimətini tam qıra bildiyini deyib:
“Cəbrayıl əməliyyatı müharibənin qanunlarına zidd idi. Ordu daima geriləyirdi. Təkcə üçüncü, ya dördüncü gün bizim artıq 600 ölümüz var idi. Daim təkliflər gəlirdi. Əgər o zaman İrəvanda parlamentdə olmayan siyasi partiyaların iclasında iştirakı zamanı Paşinyan hərbi fəaliyyətləri dayandırsa idi, biz belə fəlakətli nəticələrə sahib olmazdıq”.
Politoloq savaşın hələ başa çatmadığını iddia edib:
“Bizim cəmiyyət elə bilir ki, müharibə bitib. Əslində müharibədə fasilə elan edilib. Rus sülhməramlılarını salamlayıram. Əslində isə müharibə üçün əsas mövzu yenə də Sünik (Zəngəzur) olaraq qalır”.
Ən çox oxunanlar
Son xəbərlər