Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

BAKIDA YÜK AVTOMOBİLLƏRİ YOLU BAĞLADI - Etiraz məqsədilə... + FOTOLAR

Baxılıb: 209     Tarix: 17-02-2022 14:54   

Bakıda səhər saatlarında yük maşınlarının sürücüləri tərəfindən bağlanan Heydər Əliyev prospektində hərəkət təmin edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, qurum tərəfindən aparılan müvafiq tədbirlər nəticəsində yollar açılıb.
Qeyd olunub ki, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdırılıb.
A. Əsgərli onu da deyib ki, Heydər Əliyev prospekti açılsa da, yollarda sıxlıq davam edir: 
"Ona görə də vətəndaşlardan səbrli olmaları xahiş olunur".
Gecə saatlarından etibarən yolu bağlayan 4 yük maşını hələ də Heydər Əliyev prospektində hərəkətin iflic olmasına səbəbdir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşalrı gəlib. Amma yük maşınlarından biri nasaz olduğu üçün ərazidən çıxarıla bilmir.
Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda hərəkəti tam bərpa etməyə çalışır. Hadisə yerinə Dövlət Gömrük Komitəsinin əməkdaşları da gəlib.
Hadisə yerindən ilk olaraq üzərində məmurlara etiraz şüarı yazılan TIR çxıarılıb. Digər yük maşınları isə hələ də Heydər Əliyev prospektindədir.
Heydər Əliyev prospekti, kənar yol yük maşınları tərəfindən etiraz məqsədilə bağlanılıb.
Musavat.com xəbər verir ki, yerli KİV-lərin məlumatına görə, Nərimanov rayon ərazisində 4 yük avtomobilinin sürücüləri yolu bağlayaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriblər.
Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur.
Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranıb. Hazırda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun açılması istiqamətində işlər görülür.

  Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar