Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rusiya Azərbaycana uçuşları bərpa etdi - Siyahıda daha 7 ölkə var

Baxılıb: 261     Tarix: 11-03-2022 11:23   

Rusiya koronavirus pandemiyası ilə bağlı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi  (“Rosaviasiya”) yayıb.
Bildirilir ki, 2022-ci il martın 9-u Rusiya hökumətinin qərarına əsasən, sözügedən ölkələrə müntəzəm və qeyri-müntəzəm reyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Reyslər qarşılıqlı əsasda həyata keçiriləcək.
Xatırladaq ki, martın 6-dan başlayaraq, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılmışdı.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar