Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

"BU ŞƏHƏRLƏR YER ÜZÜNDƏN SİLİNDİ" - Ukraynanın müdafiə naziri açıqladı

Baxılıb: 252     Tarix: 22-03-2022 20:00   

Ukraynanın müdafiə naziri Aleksey Reznikov xalqa müraciət edib. Feysbuk vasitəsilə xalqa səslənən nazir deyib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə aparır.
“Rusiya bu müharibəyə guya Ukrayna xalqını müdafiə etmək donu geyindirməyə çalışır. Bu “müdafiə”nin əslində nə olduğunu məndən yaxşı bilirsiniz. Siz məndən yaxşı bilirsiniz ki, üç həftəlik eskalasiyada yüzlərlə insan həlak olub. Ruslar indi Mariopolu darmadağın edirlər. Volnovoxa və bəzi başqa şəhərlər artıq yer üzündən silinib. Yəqin ki, rusların planlarının puç olduğunu görürsünüz. Ukrayna hərbçiləri artıq 15 mindən çox rus əsgərini öldürüb. Rusiya bu müharibədə məğlub olacaq və ölkədə xaos yaranacaq”, - o bildirib.
A.Reznikov, həmçinin Rusiya əsgərlərinə müraciət edərək onları təslim olmağa, mübarizəni dayandırmağa çağırıb. O, vurğulayıb ki, təslim olan rus hərbçilərinin təhlükəsizliyinə təminat verilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar