Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

QARABAĞDA ERMƏNİ TERRORÇULARIN İTKİLƏRİ AÇIQLANDI - Yenilənib

Baxılıb: 217     Tarix: 26-03-2022 15:58   

Qarabağda vəziyyət stabildir, ötən gecə hər hansı insident qeydə alınmayıb. Musavat.com bildirir ki, bu haqda erməni mediası xəbər yayıb.
Erməni tərəf son iki gün ərzində Qarabağdakı terrorçu dəstələrin itkiləri haqda da son məlumatı açıqlayıb. Bildirilir ki, 25 martda hospitala aparılan 2 silahlının durumu çox ağır, 1-i orta ağır, 12 yaralının vəziyyəti isə qənaətbəxşdir. 24 mart gecəsi daha 5 nəfərin yaralandığı vurğulanıb. Ötən gün erməni terrorçuların ölü sayı 3-ə çatıb. Ümumilikdə, qondarma qurum son iki gündə 3 nəfər itirib, 19 yaraqlı isə hospitala yerləşdirilib.
Martın 25-də Xankəndi hərbi hospitalına yaralı silahlılar gətirilib. Bu barədə Qarabağın qondarma “ombudsmanl” Qeqam Stepanyan öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, təsdiqlənmiş məlumata əsasən, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Həkimlər 10 nəfərin vəziyyətini yüngül, 1 nəfərin orta ağır, 1 nəfərin vəziyyətini ağır, 2 nəfərin vəziyyətini isə son dərəcə ağır qiymətləndirib.
Hadisənin gerçək səbəbləri barədə dəqiq məlumat olmasa da, başıpozuq separatçılar həmiçəki kimi, Azərbaycanı ittiham edir.
Qarabağda ölən erməni terrorçuların sayı 3-ə çatıb. 
Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər verir.
Məlumata görə, meqaviləli (muzdlu-red.) David Mirzoyan (1978), İşcan Ohanyan (1994) və Ararat Tevosyan (1990) 25 martda güllə yarasından ölüb. Erməni mediası onların ölümündə hətta “Bayraktar TB-2”-ni günahlandıracaq qədər absurd ittihama əl atıb.
Azərbaycan Müdafiə Nazirliyi isə ötən gün ərzində hər hansı atışmanın baş verməsini təkzib edib.

Qanunvehedef.az
шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar